Общество

İlin sonuna 102 məktəb binası istifadəyə veriləcək

Bu ilin sonuna kimi Təhsil Nazirliyinin təmir-tikinti işlərini yekunlaşdırdığı 102 məktəb binası şagirdlərin istifadəsinə veriləcək.

BAKU.WS Nazirliyə istinadən xəbər verir ki, onlardan 29-u yeni tikilən, 13-ü əsaslı təmir olunan, 60-ı isə modul tipli məktəbdir.

Modul tipli məktəblərin Quba, Qusar, Xaçmaz, İsmayıllı, Ağsu, Şamaxı, Şəki, Tovuz, Gədəbəy, Bərdə, Neftçala, Cəlilabad, Lerik, Astara, Goranboy, Xızı, Samux, İmişli, Füzuli və Ağdamda quraşdırılması nəzərdə tutulub.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей