Политика

İş adamı şəhid Generalın ailəsinə mənzil hədiyyə etdi - VİDEO

Azərbaycan Ordusunun şəhid olan general-mayoru Polad Həşimov bu gün Üçüncü Fəxri Xiyabanda böyük izdihamla dəfn olunub.

PARLA-nın məlumata görə, adını çəkilməsini istəməyən iş adamlarından biri şəhid generalın ailəsinə mənzil hədiyyə edib.

Bu gün mənzilin açarı və sənədləri şəhidin ailəsinə təqdim olunub. İş adamı həmçinin mənzilin təmiri xərclərini də öz üzərinə götürüb.

Qeyd edək ki, iyulun 14-ü Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən şiddətli döyüşlər zamanı müdafiənin ön xəttində olarkən general-mayor Polad Həşimov və bir neçə hərbçimiz qəhrəmancasına şəhid olub.

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей