Общество

Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTO

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, iyul ayının 25-də Samux RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Sadıqovun Quşqara çayının sol sahilində aqrotexniki qaydada qulluq etdiyi narkotik xassəli çətənə (kannabis) bitkiləri aşkarlanaraq götürülüb.

Hal şahidlərinin iştirakı ilə əraziyə keçirilən baxış zamanı orada 12 ədəd çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. D

indirilmə zamanı Y.Sadıqov  çətənə kollarını şəxsi istifadə məqsədilə becərdiyini bildirib.

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей