Общество

Bakıya yeni Şollar su kəməri çəkiləcək

Xaçmaz rayonunun Şollar qəsəbəsindən Bakıya III su kəməri çəkilməsi planlaşdırılır.

BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

Sənəddə deyilir ki, "Azərsu” ASC Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birlikdə bu ilin avqust–dekabr aylarında III Şollar su kəmərinin mənbəyinin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlayacaq və layihələndirməni həyata keçirəcək.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей