Происшествия

Novxanıdakı “Kalyon” restoranının sahibi biznesmen Fizuli Fərəcov koronavirusdan vəfat etdi - FOTO

Tanınmış iş adamı Fizuli Fərəcov koronavirusdan vəfat edib.

BiG.AZ xəbər verir ki, bu barədə biznesmenin yaxınları, o cümlədən prodüser Təranə Səmədova məlumat yayıb. “MOHİTO” və “PARODİSE” klublarının, Novxanıdakı “Kalyon” restoranının sahibi olan F.Fərəcov ötən gün amansız virusun qurbanı olub.

Qeyd edək ki, Fizuli Fərəcov 14 yaşlı oğlu Ağaəli Fərəcovun qəza xəbəri ilə gündəmə gəlmişdi. Mətbuatda yayılan xəbərlərə görə, əslən Naxçıvandan olan Fizuli Fərəcov Bakıda Bentli Fizuli kimi tanınır. Buna səbəb, iş adamının şəhərdə ilk “Bentley” sürən kimi tanınmasıdır.

Bakıxanov qəsəbəsində yerləşən, iş adamına məxsus “Texas” restoranına görə, el arasında Texas Fizuli kimi də tanınır. Xatırladaq ki, 2017-ci ildə Ağaəli Fərəcov idarə etdiyi "Porsche” markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobili ilə Gürcüstan vətəndaşı 24 yaşlı Xəyalə Məmmədovanı vurub. Qəza nəticəsində X.Məmmədova dünyasını dəyişmişdi.

Azərbaycanlı biznesmen Fizuli Fərəcov koronavirusdan vəfat etdi - FOTOLAR
Azərbaycanlı biznesmen Fizuli Fərəcov koronavirusdan vəfat etdi - FOTOLAR

 Azərbaycanlı biznesmen Fizuli Fərəcov koronavirusdan vəfat etdi - FOTOLAR

 

Источник: big.az

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей