Происшествия

"Azenko"nun direktorunun ölümü ilə bağlı DİN-dən RƏSMİ MƏLUMAT (VİDEO)

İyulun 27-də saat 15 radələrində Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsi ərazisində Zaqatala rayon sakini Zəkəriyyə Poladov idarə etdiyi “Nissan” markalı avtomobili aşırıb və hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada ölən Zəkəriyyə Poladov "Azenko" MMC-nin direktorudur.

---

Abşeron rayonunun Qobustan kəndi ərazisində "Nissan” markalı minik avtomobili yol kənarına aşıb. 

Hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

APA-nın məlumatına görə, həmin şəxs Zaqatala rayon sakini, 1969-cu il təvəllüdlü Zəkəriyyə Zaxar oğlu Poladovdur. Zəkəriyyə Poladov "Azenko” MMC-nin direktorudur.

Faktla bağlı araşdırma aparılır.

 

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей