Политика

“Müharibə yenidən başlasa, bizdə iki il əvvəlkindən daha təhlükəli vəziyyət var” - Robert Köçəryan da qorxuya düşdü

“Məlum oldu ki, Azərbaycan o qədər də sülhsevər deyil, Azərbaycan xalqı sülhə o qədər də hazır deyil”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistanın ikinci prezidenti Robert Köçəryan “Kanal 5”, “İkinci Ermənistan telekanalı” və “Yerkir Media” televiziya şirkətlərinə verdiyi müsahibəsində deyib.

“Cəmiyyətimizi nə ilə bəslədik? Xüsusən Düşənbədən sonra. Hazırda danışıq apardığımız konstruktiv bir rəqibimiz var. Və birdən sülh yolu ilə həllinə razı olmasalar, Azərbaycan xalqına müraciət edəcəyik? İndi iki ildir davam edən mövqedən nələr qalıb? Bir şey qalıb, ya yox? ” – Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, hətta 1991-1994-cü illərin müharibəsi zamanı da Moskvada və ya ABŞ-da ermənilərlə azərbaycanlılar arasında belə bir toqquşma olmamışdı.

“İki son dərəcə vacib bir faktı qeyd etməliyik – bu gün Azərbaycanda təkcə qisas almaq istəyən bir hökumət yox, qisas üçün çalışan bir xalq var. Və bu iki vəziyyət birləşdikdə, yenidən başlayan müharibənin təhlükəsi daha da artar. Anlamalıyıq ki, artıq xalqa müraciət etmək, Azərbaycan hökumətinin konstruktivliyinə ümid bağlamaq düsturları yoxdur. Bu gün hökumət iki ildir bu mövzuda səhv siyasət yürütdüyünü etiraf etməlidir. Müharibənin başlaması baxımından indi iki il əvvəl olduğundan daha təhlükəli bir vəziyyəti qəbul etməliyik”. Robert Köçəryan vurğulayıb.

Haşiyə: Azərbaycan torpaqlarının işğalında birbaşa rolu olan bu erməninin dediklərini olduğu kimi diqqətinizə çatdırdıq. Bir daha anladıq ki, bütün günü hərbi gücləri, qələbə çalmaqları ilə öyünən erməni “generalları”, “siyasətçiləri”, hətta adi insanlar Azərbaycanla ola biləcək müharibədən bərk qorxuya düşüblər. Yəqin Rusiyanın artıq onların arxasında durmayacağından əmindirlər və Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələddirlər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей