Общество

Azərbaycanda 20 məktəbə yeni direktor təyin edildi - SİYAHI

Bakıda məktəb direktoru işdən çıxarılıb.

“Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilir ki, 214 nömrəli tam orta məktəbin direktoru Esmira Ağayeva Təhsil Nazirinin müvafiq əmrinə əsasən, İdarənin tabeliyindəki digər ümumi təhsil məktəbinə təyinat alıb.

E.Ağayeva 20 nömrəli məktəb-liseyə yeni direktor təyin edilib.

Qeyd edək ki, bundan əvvəl 20 nömrəli məktəb-liseyinin direktoru Səadət Veyisova olub.

***

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 məktəbin direktoru yerdəyişmə ilə BŞTİ-nin tabeliyindəki digər ümumi təhsil məktəblərinə təyinat alıblar.

Day.Az xəbər verir ki, bu barədə qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə isə xitam verilib.

Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib. 

Həmin məktəblər aşağıdakılardır:

19, 318, 10, 226, 271, 27, 20, 298, 48, 44, 52, 223, 113, 122, 130, 256, 262, 322 nömrəli tam orta məktəblər.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей