Общество

Azərbaycanda yüzlərlə əsgəri ölümdən xilas edən həkim koronavirusdan öldü (FOTO)

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının reanimasiya-anesteziologiya bölməsinin zabiti, tibb xidməti mayoru Cəfərov Teymur Oktay oğlu dünyada yayılan koronavirus infeksiyasından vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və iyulun 31-də səhər saatlarında o, vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi və hərbi tibb personalı vəfat edən hərbi qulluqçumuzun yaxınları və əzizlərinə dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

 

Həkim Teymur Cəfərov EKMO cihazına qoşulub – Rəşad Mahmudov – AKTOR.AZ

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей