Общество

Koronavirusla mübarizə üçün xaricdən həkimlərin gətirilməsi ilə bağlı AÇIQLAMA

“Hazırda Azərbaycanda tibb heyəti ilə bağlı kadr çatışmazlığı yoxdur. Xaricdən həkimlərin gətirilməsi dövlətin təşəbbüsü ilə təcrübələrin öyrənilməsi üçün edilib”.

Oxu.Az-ın məlumatına görə, bunu mətbuat konfransında TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Firəngiz Əliyeva deyib. 

Onun sözlərinə görə, bütün dünyada belə praktika var:

“Koronavirus xəstəliyi yeni olduğu üçün ölkələr içərisində fərqli müalicə yanaşmaları var. Ölkəmizə xaricdən gələn həkimlərlə bərabər, iş başında praktikanın bölüşdürülməsinə, öyrənilməsinə çalışılır.

Virusun özünü necə aparacağını və hansı ölkədə necə olacağını demək mümkün deyil. Biz hazırlıqlı olmağa çalışırıq. Lazım olarsa, daha çox həkim cəlb edəcəyik”.

ГЛАВНЫЕ НОВОСТИ

Читайте больше интересных новостей