15 yaşlı yeniyetmə kəsici alətdən xəsarət aldı

· 2 mənbə

Gəncədə 15 yaşlı yeniyetmə kəsici alətdən xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2011-ci il təvəllüdlü S. Məmmədov (ad şərtidir) kəsici alətdən aldığı xəsarət sonrası xəstəxanalardan birinə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Hadisənin hansı şəraitdə baş verməsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Yunis Quliyev

Mənbə: Qafqazinfo · 28.11.2026, 00:03 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo saytında oxu