ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edildi

· 1 mənbə

ABŞ-nin Nyu-Cersi ştatında yaxınlaşan güclü fırtına səbəbindən fövqəladə vəziyyət elan edilib.

BAKU.WS xəbər verir ki, bu barədə ştatın qubernatoru Miki Şerrill sosial media hesabında məlumat yayıb.

Qubernator fövqəladə vəziyyət rejiminin yerli vaxtla saat 18:00-dan etibarən qüvvəyə minəcəyini bildirib.

Onun sözlərinə görə, cümə gününədək güclü külək və intensiv yağış gözlənilir. Sakinlərə uzunmüddətli elektrik kəsintilərinə, nəqliyyat marşrutlarının dəyişdirilməsinə və yolların bağlanmasına hazır olmaq tövsiyə edilib.

Şerrill fırtınaya hazırlıq tədbirlərinin fasiləsiz davam etdirildiyini, sahilyanı ərazilərə əlavə resursların cəlb olunduğunu açıqlayıb.

Həmçinin avtomobil və dəmir yollarındakı vəziyyətin nəzarətdə saxlanıldığı, əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hakimiyyət orqanları ilə koordinasiyalı iş aparıldığı bildirilib.

Mənbə: Baku.ws · 26.11.2026, 11:03 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu