ABŞ Prezidenti Ağ Evə mətbuat katibi təyinatında tələsməməsinin səbəbini açıqlayıb

· 1 mənbə

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ağ Evə yeni mətbuat katibi təyin etməkdə tələsmir, çünki bu işi özü uğurla yerinə yetirir.

"Report"un məlumatına görə, Amerika lideri bu barədə "New York Post" qəzetinə müsahibəsində bildirib.

Trampın sözlərinə görə, özü müxbirlərlə müntəzəm ünsiyyətdə olur və mətbuat katibinin olmaması ona səhvlərə görə şəxsən məsuliyyət daşımağa imkan verir.

"Mən mətbuatla hər hansı digər prezidentdən daha çox ünsiyyət qururam", - Ağ Evin rəhbəri vurğulayıb.

Tramp həmçinin boş qalan vəzifə üçün bir neçə namizədi nəzərdən keçirdiyini deyib, lakin adları açıqlamaqdan imtina edib. O, bir çoxlarının bu vəzifəni tutmaq istədiyini, lakin onların avqustun sonuna qədər mətbuat katibi vəzifəsində çalışmış Kerolayn Livittin yerinə keçməsinin çətin olacağını bildirib.

Ağ Evin mətbuat katibi vəzifəsi 16 oktyabrdan boşdur. Həmin vaxt Keti Zakariya təyin olunduqdan cəmi beş gün sonra vəzifəni tərk edib.

Mənbə: Report · 25.11.2026, 08:35 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu