ABŞ Senatında demokratlar “Nvidia” rəhbərinin fəaliyyətini araşdırmaq niyyətindədir

· 1 mənbə

Bakı. Trend:

“Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qaytarılan Censen Huanqla bağlı araşdırma aparılmasına nail olmaq niyyətindədir.

Bu barədə ABŞ Senatında azlığın lideri Çak Şumer "X" sosial şəbəkəsində yazıb.

“Demokratlar Tramp administrasiyasının, Censen Huanqın, “Nvidia”nın digər rəhbərlərinin və milli təhlükəsizliyimizi maliyyə mənfəətinə qurban verən hər kəsin mümkün qanun pozuntularını araşdırmaq üçün bütün səlahiyyətlərindən istifadə edəcəklər”, – deyə Şumer “X” sosial şəbəkəsində yazıb.

O əlavə edib ki, demokratlar “ABŞ-ın ən qabaqcıl texnologiyalarının Çin hərbçilərinə və digər rəqiblərinə ötürülməsinin qarşısını almağa” yönəlmiş siyasətin həyata keçirilməsi üçün respublikaçılarla birgə çalışacaqlar.

Qeyd edək ki, 2027-ci ilin yanvar ayında demokratlar yeni Senatda çoxluq qazanacaqlar. Şumer spikerliyə namizədlərdən biridir.

Mənbə: Trend · 24.11.2026, 00:02 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu