Aeroport yolunda QƏZA: "BakuBus" avtobusu minik avtomobili ilə toqquşdu
· 1 mənbə
Bakıda Aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, "BakuBus" MMC-yə məxsus sərnişin avtobusu minik avtomobili ilə toqquşub.
Hadisənin hansı səbəbdən baş verdiyi, xəsarət alanların olub-olmadığı və nəqliyyat vasitələrinə dəymiş ziyanın miqyası barədə hələlik məlumat yoxdur.
Görüntüləri olduğu kimi təqdim edirik:
Mənbə: Baku.ws · 24.11.2026, 12:57 · orijinal məqalə