Ağdərə, Xocalı və Xocavəndə yola salınan köç karvanları mənzil başına çatıb (YENİLƏNİB)
· 1 mənbə
Ağdərə. Trend:
Ağdərə, Xocalı və Xocavənd rayonlarına yola salınan köç karvanları mənzil başına çatıb.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarında yola salınan 73 ailədən ibarət 271 nəfər doğma yurdlarına qayıdaraq mənzil başına çatıb.
Qayıdan sakinlərə daha sonra məskunlaşacaqları mənzillərin açarları təqdim olunacaq.
Qeyd edək ki, bugünkü köç prosesi çərçivəsində Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə (42 nəfər), Çıldıran kəndinə 15 ailə (49 nəfər), Kolatağ kəndinə 2 ailə (6 nəfər), Heyvalı kəndinə isə 1 ailə (1 nəfər) köçürülüb.
Xocalı rayonunun Badara kəndinə 4 ailə (7 nəfər), Xanyurdu kəndinə 9 ailə (32 nəfər), Xanabad kəndinə isə 8 ailə (33 nəfər) qayıdıb.
Eyni zamanda, Xocavənd şəhərinə 7 ailə (30 nəfər), Quzeyxırman kəndinə isə 17 ailə (71 nəfər) köçürülüb.
xxx 13:18
Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanı yola salınıb.
Köçürülənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan ailələrdir.
Bu mərhələdə ümumilikdə 73 ailə – 271 nəfər doğma yurduna qayıdır.
Ağdərə rayonunun Vəngli kəndinə 10 ailə – 42 nəfər, Çıldıran kəndinə 15 ailə – 49 nəfər, Kolatağ kəndinə 2 ailə – 6 nəfər, Heyvalı kəndinə isə 1 ailə – 1 nəfər köçürülüb.
Xocalı rayonunun Badara kəndinə 4 ailə – 7 nəfər, Xanyurdu kəndinə 9 ailə – 32 nəfər, Xanabad kəndinə 8 ailə – 33 nəfər köç edib.
Xocavənd şəhərinə 7 ailə – 30 nəfər, rayonun Quzeyxırman kəndinə isə 17 ailə – 71 nəfər köçürülüb.
Mənbə: Trend · 27.11.2026, 13:20 · orijinal məqalə