Ağır yol qəzaları: ölənlər və yaralananlar var - VİDEO

· 1 mənbə

Lənkəranda hasara çırpılan avtomobil yanıb, bir nəfər hadisə yerində ölüb, 2 nəfər isə xəsarət alıb.

Xezerxeber.az-ın məlumatına görə, yol- qəza hadisəsi gecə saatlarında köhnə Ələt-Astara magistralında, Lənkəran şəhərinin "Ləvəngi dairəsi" adlanan ərazisində baş verib.

Lənkəran şəhər sakini 25 yaşlı Vüqar Ağazadənin idarə etdiyi avtomobil yol kənarındakı xalça fabrikinin hasarına çırpılıb. Nəticədə avtomobildə yanğın başlayıb.

Dərhal əraziyə FHN-in Lənkəran Yanğından mühafizə hissəsinin iki texnikası və canlı qüvvəsi, eləcə də Cənub regional mərkəzinin xilasediciləri, polis əməkdaşları cəlb olunublar. Görülən operativ tədbirlərlə yanğının qarşısı alınıb. Avtomobildə sərnişin qismində olan 25 yaşlı Elvin Məmmədli və İsmayıl Rüstəmli çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Mənbə: Xəzər Xəbər · 28.11.2026, 20:30 · orijinal məqalə

Bu barədə kim yazır

Xəzər Xəbər saytında oxu