Ağsuda qəza olub, ölən var

· 2 mənbə

Ağsuda yol-nəqliyyat hadisəsi nəticəsində sərnişin ölüb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, noyabrın 27-də axşam saatlarında Ağsu şəhəri ərazisində Ələddin Qədirovun idarə etdiyi "VAZ-2106" və Simran Əhmədlinin idarə etdiyi "Ford Transit" markalı avtomobillər toqquşub.

Nəticədə "VAZ-2106"-nın sürücüsü xəsarət alıb. Sərnişini olan arvadı, 60 yaşlı Məlahət Qədirova isə hadisə yerində ölüb.

Faktla bağlı polis tərəfindən araşdırmalar aparılır.

Mənbə: Report · 28.11.2026, 09:41 · orijinal məqalə

Bu barədə kim yazır

Report Ağsuda qəza olub, ölən var
Oxu.az Ağsuda ağır qəza: Ölən var

Report saytında oxu