Alkoqolun zərərini bilənlər belə imtina edə bilmir

· 1 mənbə

Rusiyalı həkim və teleaparıcı Aleksandr Myasnikov alkoqol asılılığından tamamilə xilas olmağın universal üsulunun olmadığını bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalına müsahibəsində danışıb.

Myasnikovun sözlərinə görə, alkoqola meyilliliyi 100 faiz aradan qaldıran heç bir müalicə vasitəsi mövcud deyil.

Həkim qeyd edib ki, spirtli içkilərin zərərini tam dərk edən, hətta çox ağıllı insanlar belə bu vərdişdən imtina etməkdə çətinlik çəkirlər.

Publika.az

Mənbə: Publika.az · 24.11.2026, 17:20 · orijinal məqalə

Bu barədə kim yazır

Publika.az saytında oxu