Anomal istilər dünyada şirin su ehtiyatlarının kəskin azalmasına səbəb olub
· 1 mənbə
“Science” jurnalında dərc olunan yeni tədqiqata əsasən, son iki ildə müşahidə edilən kəskin istilər fonunda dünya üzrə çayların axını, göllərdəki və su anbarlarındakı su ehtiyatları görünməmiş səviyyədə azalıb. AZƏRTAC “Courthouse News Service” nəşrinə istinadla xəbər verir ki, 1991–2020-ci illərin orta göstəricisi ilə müqayisədə 2023–2024-cü illərdə qlobal çay axını 5,7 faiz, göl və su anbarlarında aktiv su ehtiyatı isə 9,5 faiz enib. Çin Elmlər Akademiyasının Yonqsyan Çjanın rəhbərlik etdiyi tədqiqat qrupu 1991–2025-ci illər üzrə qlobal şirin su tendensiyalarını araşdırıb. Alimlər 150 iri çay hövzəsindən toplanan ölçmələri və 1,2 milyondan çox su hövzəsinin peyk müşahidələrini təhlil ediblər.
Mənbə: Xəzər Xəbər · 28.11.2026, 09:12 · orijinal məqalə