Astarada maşınlar toqquşdu

· 1 mənbə

Astara rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində qeydə alınıb.

Belə ki, “VAZ-2107” markalı iki nəqliyyat vasitələri toqquşub.

Qəzada Astara rayonunun Kijəbə qəsəbə sakini, 7 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Azyaşlı Lənkəran Rayon Mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Ona zəruri ilkin tibbi xidmətlər göstərilib və qapalı kəllə-beyin travması, burun nahiyəsinin sınığı diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov

Mənbə: Qafqazinfo · 27.11.2026, 19:19 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Astarada maşınlar toqquşdu

Qafqazinfo saytında oxu