Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz

· 1 mənbə

Bakıda və Abşeron yarımadasında noyabrın 25-də hava şəraitinin dəyişəcəyi, gündüz saatlarından etibarən bəzi ərazilərdə arabir yağış yağacağı gözlənilir.

Milli.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, hava əsasən yağmursuz keçəcək. Lakin yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli intensivləşəcəyi ehtimal olunur. Güclü şimal-qərb küləyi axşam saatlarında mülayimləşəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-12, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 50-60, gündüz 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında isə şimal və qərb bölgələrindən başlayaraq fasilələrlə yağıntı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə yağıntının intensivləşəcəyi və şimşək çaxacağı ehtimal olunur. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək.

Mülayim qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 5-9, gündüz 12-15 dərəcə isti olacaq. Dağlıq ərazilərdə gecə 0-3, gündüz 3-5 dərəcə isti proqnozlaşdırılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Mənbə: Milli.az · 24.11.2026, 12:21 · orijinal məqalə

Bu barədə kim yazır

Milli.az saytında oxu