Azad edilmiş ərazilərdə 15 yeni bağça açılır
· 3 mənbə
Qarabağda işğaldan azad edilmiş ərazilərdə 15 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilir.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd edilib ki, Xocavənd, Ağdam, Xankəndi, Xocalı və Ağdərə ərazilərində 15 yeni məktəbəqədər təhsil müəssisələri istifadəyə verilir.
Xocavənd şəhər 1 nömrəli, Xocavənd rayon Qırmızıbazar qəsəbə, Sos və Quzeyxırman kənd körpələr evi-uşaq bağçalarının, Ağdam şəhər 1 nömrəli, Ağdam rayon Sarıcalı və Kəngərli kənd körpələr evi-uşaq bağçalarının, eləcə də Xankəndi şəhər 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışı həyata keçirilib.
Mənbə: Xəzər Xəbər · 27.11.2026, 16:13 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Azad edilmiş ərazilərdə 15 yeni bağça açılır
Modern.az
Qarabağda 15 bağça istifadəyə verilib