Azərbaycan filmi “Oskar”a daha bir addım yaxınlaşdı
· 3 mənbə
Azərbaycanın “Tağıyev: Məktəb” filmi 99-cu “Oskar” mükafatının beynəlxalq film kateqoriyasında namizəd ekran əsərləri siyahısına daxil edilib.
Bu barədə Amerika Kino Sənəti və Elmləri Akademiyasının açıqladığı siyahıda qeyd olunub.
Ümumilikdə, bu kateqoriyada 104 film mükafat uğrunda mübarizə aparmaq üçün uyğun hesab edilib. Bu, beynəlxalq film kateqoriyası üzrə rekord göstəricidir. Filmlər arasında Azərbaycanın “Tağıyev: Məktəb” ekran əsəri də yer alıb.
Akademiyanın məlumatına görə, siyahıya daxil edilən 104 filmdən 100-ü ölkə və ya regionlar tərəfindən təqdim olunub, dördü isə beynəlxalq festivallarda qazandıqları mükafatlar əsasında seçimə daxil edilib.
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 18:30 · orijinal məqalə
Bu barədə kim yazır
Xəzər Xəbər
Azərbaycan filmi “Oskar”a namizəddir