Azərbaycan Haaqa Konvensiyasına QOŞULDU
· 1 mənbə
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Mülki və ya ticarət işləri üzrə xaricdə sübutların toplanması haqqında Konvensiya”ya qoşulmaq barədə qanun layihəsi müzakirəyə çıxarılıb.
Modern.az xəbər verir ki, sənəd Azərbaycannın 1970-ci il martın 18-də Haaqa şəhərində imzalanmış sözügedən Konvensiyaya müvafiq bəyanatları və qeyd-şərtləri ilə qoşulmasını nəzərdə tutur.
Qeyd edək ki, bu Konvensiyaya qoşulmaq mülki və kommersiya mübahisələri zamanı xarici ölkələrdəki sübutların əldə edilməsi prosesini sadələşdirir, beynəlxalq hüquqi yardımı və məhkəmə orqanları arasında əməkdaşlığı gücləndirir.
Qanun layihəsi müzakirə edildikdən sonra səsə qoyulub və yekdilliklə qəbul edilib.
Mənbə: Modern.az · 24.11.2026, 11:59 · orijinal məqalə
Bu barədə kim yazır
Modern.az
Azərbaycan Haaqa Konvensiyasına QOŞULDU