Azərbaycan "PowerChina" ilə bərpa olunan enerji layihələrinin inkişafını müzakirə edib
· 1 mənbə
Azərbaycan və "PowerChina" şirkəti arasında günəş elektrik stansiyası və dəniz külək enerjisi layihələrinin inkişafı müzakirə edilib.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsində hesabında bildirib.
Müzakirələr Çinin Çindao şəhərində "Kəmər və Yol" təşəbbüsü üzrə energetika nazirlərinin IV konfransı çərçivəsində P.Şahbazovun şirkətin icraçı vitse-prezidenti Chen Guanfu ilə görüşdə baş tutub.
Mənbə: Report · 26.11.2026, 12:57 · orijinal məqalə