Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 67 dəfədən çox artırıb

· 1 mənbə

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 188,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 67,4 dəfə çoxdur.

Bu il noyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 5,4 min kvadratmetr hazır məhsul ehtiyatı olub.

2025-ci ildə Azərbaycanda 3,6 min kvadratmetr xalça və xalça məmulatları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 6 % çoxdur.

Mənbə: Report · 28.11.2026, 15:05 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu