Azərbaycana daimi yaşamaq üçün gələnlərin sayı ölkədən gedənlərin sayını üstələyib

· 1 mənbə

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycana daimi yaşamaq məqsədilə gələnlərin sayı ölkədən gedənlərin sayını üstələyib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana 3 130 nəfərin gəldiyini, 1 780 nəfərin isə ölkəni tərk etdiyini qeydə alıb.

Beləliklə, doqquz ay ərzində ölkə üzrə miqrasiya saldosu müsbət 1 350 nəfər təşkil edib.

Mənbə: Banker.az · 29.11.2026, 18:46 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu