Azərbaycanda 1 əsrdən çox yaşı olan bəy evi yandı

· 1 mənbə

Ağcabədidə tarixi tikili yanıb. Modern.az xəbər verir ki, hadisə gecə saatlarında Minaxorlu kəndində qeydə alınıb. Məlumata görə, yanaraq yararsız hala düşən bina Məlikov adına Minaxorlu kənd tam orta məktəbinin həyətində yerləşir. Qeyd olunur ki, yanğın baş verən binanın 100 ildən artıq yaşı var.

Tarixi tikili əvvəllər bəy evi olub, sovet dövründə isə məktəb binası kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra köhnə tikili məktəbin anbarı kimi istifadə olunub. Hadisə yerinə Ağcabədi Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Görülən tədbirlər nəticəsində alovun fəaliyyətdə olan məktəbə keçməsinin qarşısı alınıb.

Mənbə: Modern.az · 29.11.2026, 11:51 · orijinal məqalə

Bu barədə kim yazır

Modern.az saytında oxu