Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK

· 1 mənbə

Bakı şəhərində və Füzuli rayonunda keçmiş məcburi köçkünlər üçün salınmış yaşayış məntəqələrində fərdi evlərin və mənzillərin təmiri nəzərdə tutulur.

BAKU.WS-in məlumatına görə, təmir işləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən həyata keçiriləcək.

Layihənin ehtimal olunan dəyəri 339 min manat təşkil edir. İşlərin həyata keçirilməsi yaşayış sahələrinin texniki vəziyyətinin yaxşılaşdırılması, sakinlərin mənzil şəraitinin qorunması və evlərdə yaranmış nasazlıqların aradan qaldırılması baxımından əhəmiyyət daşıyır.

Mənbə: Baku.ws · 25.11.2026, 22:44 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu