Azərbaycanda ən çox kartof yığılan rayonlar açıqlanıb

· 1 mənbə

Bakı. Trend:

2026-cı ildə Azərbaycanda 864 min 799,5 ton kartof tədarük olunub.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Hesabat dövründə ən çox kartof yığımı Şəmkir rayonunda qeydə alınıb. Belə ki, rayonda 177 min 364,3 ton kartof istehsal edilib.

İlk onluqda ikinci yerdə 129 min 503,4 ton göstərici ilə Tovuz rayonu qərarlaşıb. Cəlilabad rayonunda 107 min 180 ton, Gədəbəydə 100 min 170,6 ton kartof yığılıb.

Kartof istehsalına görə ilk 10-luqda yer alan digər rayonlar aşağıdakılardır:

Şəmkir – 177 364,3 ton

Tovuz – 129 503,4 ton

Cəlilabad – 107 180 ton

Gədəbəy – 100 170,6 ton

Qazax – 53 174 ton

Şərur – 26 502,9 ton

Masallı – 24 780 ton

Sabirabad – 21 170 ton

Qusar – 20 276,3 ton

Zaqatala – 20 018 ton

Beləliklə, ilk dörd rayonun hər birində kartof istehsalı 100 min tonu ötüb.

Mənbə: Trend · 23.11.2026, 20:10 · orijinal məqalə

Bu barədə kim yazır

Trend saytında oxu