Azərbaycanda onlardan cəmi 7 nəfər qaldı
· 1 mənbə
Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsinin sonuncu iştirakçısı Əbiş Zamanov vəfat edib.
Modern.az yurd.media-ya istinadən xəbər verir ki, 103 yaşlı veteran doğulduğu torpaqda dünyasını dəyişib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə, Azərbaycanda 1941-1945-ci illər müharibəsi iştirakçıların sayı 8 nəfər idi. Həmin şəxslərə ayda 330 manat Prezident təqaüdü verilir.
İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin qazanılmasında 600 mindən çox azərbaycanlı iştirak edib. Onların yarısı – 300 min nəfəri müharibədə həlak olub. 300 min azərbaycanlı isə müharibədən sağ qayıdıb.
Mənbə: Modern.az · 28.11.2026, 16:46 · orijinal məqalə
Bu barədə kim yazır
Modern.az
Azərbaycanda onlardan cəmi 7 nəfər qaldı