Azərbaycanın boks millisi Dünya kubokunun final mərhələsində iştirak edəcək

· 1 mənbə

Noyabrın 28-də Özbəkistanın paytaxtı Daşkənddə boks üzrə Dünya kubokunun final mərhələsi start götürəcək.

"Report" xəbər verir ki, 6 gün davam edəcək yarışda Azərbaycan millisi 2 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Ravşan Xocayev və məşqçi Etibar Abdullayevin rəhbərliyi altında rinqə Nəbi İsgəndərovla (70 kq) Məhəmməd Abdullayev (+90 kq) çıxacaqlar.

World Boxing-in 2026-cı il üzrə təşkil etdiyi üçmərhələli Kubok seriyasının həlledici yarışında hər çəki dərəcəsində 8 boksçu mübarizə aparacaq. Onlardan biri ev sahibi Özbəkistanın kvotası ilə, digər 7-si isə Braziliya və Çində keçirilmiş əvvəlki mərhələlərin nəticələrinə əsasən müəyyənləşdirilib.

Qeyd edək ki, boksçularımız Dünya kubokundan öncə Daşkənddə 12 günlük beynəlxalq təlim-məşq toplaşına qatılıb.

Mənbə: Report · 27.11.2026, 16:43 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu