Badamdarda sürüşmə aktivliyi davam edir, çatlarda genişlənmə olub

· 5 mənbə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.

Bu barədə APA-ya nazirlikdən məlumat verilib.

Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.

"Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır", - məlumatda qeyd olunub.

Mənbə: APA · 24.11.2026, 15:19 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu