Bahar Muradova: Vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri də qadınların qərar qəbuletmə prosesində iştirakıdır
· 1 mənbə
Vətəndaş cəmiyyətinin əsas dayaqlarından biri də qadınların qərar qəbuletmə prosesində iştirakıdır.
"Report"un məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu" mövzusunda keçirilən konfransda açılış nitqində deyib.
Komitə sədri bildirib ki, qadınların dövlət qulluğunda, təyinatlı vəzifələrdə, yerli və milli səviyyəli seçkili orqanlarda, siyasi partiyalarda, vətəndaş cəmiyyəti institutlarında, eləcə də məhkəmə-hüquq sistemində, mediada təmsilçiliyi artmaqdadır.
Bahar Muradova qeyd edib ki, bu istiqamətdə dövlət siyasətinin nəticəsi kimi həyata keçirilən çoxsaylı layihələr və proqramlar mövcuddur. O, qadınlara qarşı məişət və digər zəminlərdə törədilən zorakılığın, eləcə də erkən evliliyin və zərərli adətlərin qarşısının alınmasının Azərbaycanın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğuna diqqət çəkib.
YENİLƏNİR
Mənbə: Report · 24.11.2026, 10:34 · orijinal məqalə