Bakı sakininin övladları internat məktəbindən niyə çıxarılır? - ŞİKAYƏT və RƏSMİ CAVAB
· 1 mənbə
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi sakini Əzizov Vidadi Niyətulla oğlu övladlarının təhsil aldıqları məktəbdən çıxarılacağı barədə aldığı xəbərdarlıqdan narahatdır.
Bununla bağlı Xezerxeber.az saytının qaynar xəttinə müraciət edən Vidadi Əzizov deyir ki, iki övladı Sabunçu rayonunun Bilgəh qəsəbəsində yerləşən 11 saylı İnteqrasiya təlimi internat məktəbində təhsil alırlar. Onlardan biri 5-ci, digəri isə 10-cu sinifdə oxuyurlar. Hər iki şəxs 1-ci sinfdən həmin məktəbə gedirlər.
Valideynin iddiasına görə, bu günlərdə onlardan ya işsizlik, əlillik, yaxud da sosial yardım aldıqları barədə məktəbə arayış təqdim etmələri tələb olunub. Bildirdiyinə görə, həmin arayışlardan hansısa biri təqdim olunmasa övladları məktəbdən kənarlaşdırılacaq. Odur ki, xəbərdarlıqdan narahat olan valideyn mövcud vəziyyətlə bağlı aidiyyəti qurumlara müraciət etdiyini, lakin cavab ala bilmədiyini söyləyir: “Yaşadığımız ünvana həmin məktəb yaxındır. Maraqlanmışıq, Maştağadakı məktəblərdə boş yer yoxdur. Qalmışıq çarəsiz vəziyyətdə.
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 10:59 · orijinal məqalə