Bakıda "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfrans keçirilir

· 1 mənbə

Bakıda "Hematologiyanın aktual problemləri (HEMAP 2026)" adlı beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, iki gün davam edəcək tədbirdə hematologiya sahəsində elmi biliklərin və müasir tibbi təcrübənin mübadiləsi, diaqnostika və müalicə imkanlarının müzakirə olunacaq.

Konfransda müxtəlif ölkələrdən - Türkiyə, Rusiya, Özbəkistan, Belarus, İsveçrə, Qazaxıstan, Litva, Qırğızıstan, BƏƏ, Pakistandan olan nümayəndələr iştirak edirlər.

İştirakçılar hematologiya sahəsində əldə olunan yeniliklər, müasir diaqnostika və müalicə metodları, eləcə də klinik təcrübələr barədə fikir və təcrübə mübadiləsi aparırlar.

Tədbir hematologiya sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi əlaqələrin möhkəmləndirilməsi və səhiyyə xidmətlərinin inkişafına töhfə verilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Mənbə: Report · 26.11.2026, 10:35 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu