Bakıda yol çökdü: 10 metr dərinlikdə su kollektoru üzə çıxdı

· 1 mənbə

Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünür.

Bu barədə Nicat Qasımov adlı vətəndaş BAKU.WS-in "Qaynar xətti"nə məlumat verib.

Onun sözlərinə görə, hadisə rayonun Corad küçəsi 5B ünvanında, yaşadıqları evin qarşısında baş verib. Yolun çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və yerin təxminən 10 metr dərinliyində yerləşən su kollektoru üzə çıxıb.

Vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Hadisənin səbəbiilə bağlı əlavə məlumat verilməyib.

Mənbə: Baku.ws · 28.11.2026, 21:01 · orijinal məqalə

Bu barədə kim yazır

Baku.ws saytında oxu