“Bank Respublika”nın İdarə heyətinə iki təyinat olub

· 1 mənbə

“Bank Respublika” ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib.

Banker.az xəbər verir ki, Anar Hüseynağa oğlu Həmidov bankın İdarə Heyətinin üzvü təyin edilib.

O, bundan əvvəl “Bank Respublika”da pərakəndə bankçılıq üzrə icraçı direktor vəzifəsində çalışıb. A.Həmidov daha əvvəl bankın Pərakəndə Bankçılıq Departamentinin və Pərakəndə Satışlar Departamentinin direktoru olub.

Bankın İdarə Heyətinin üzvləri sırasında Tələt Dünyadur oğlu Orduyev də var. O, 2017-ci ildən bankın Risklərin idarə edilməsi departamentinə rəhbərlik edib, 2022-ci ildə isə risklərin idarə edilməsi üzrə icraçı direktor təyin olunub.

Xatırladaq ki, 2026-cı ilin oktyabrında “AccessBank”ın sabiq baş texnologiya direktoru Cəfər Həmidov da “Bank Respublika”nın baş texnologiya direktoru vəzifəsinə təyin edilib.

Bu dəyişikliklər “Bank Respublika”nın “AccessBank”ın səhmlərinin 100 faizini satın alması üzrə strateji əqdin tamamlanmasından sonrakı dövrə təsadüf edir.

Mənbə: Banker.az · 24.11.2026, 16:20 · orijinal məqalə

Bu barədə kim yazır

Banker.az saytında oxu