“Barselona” ilə oyuna çox adam gəlsə də, “Qarabağ”ın rekordu qırılmadı
· 1 mənbə
Ötən gün Çempionlar Liqasının Liqa mərhələsində keçirilən “Sabah” - “Barselona” matçını 66 min 321 azarkeş izləyib.
“Qafqazinfo” xəbər verir ki, 69 min 870 nəfərlik stadion tam dolmayıb.
Bakı Olimpiya Stadionunda ən çox azarkeş isə 2017-ci il sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsində keçirilən “Qarabağ” - “Roma” matçında olub. Ağdam klubunun 1:2 hesabı ilə uduzduğu həmin matçı 67 min 200 nəfər izləyib.
Qeyd edək ki, “Sabah” “Barselona”ya 1:4 hesabı ilə uduzub.
Mənbə: Qafqazinfo · 26.11.2026, 11:07 · orijinal məqalə