Baş nazir Maka Boçorişvili ilə görüşdü

· 3 mənbə

Azərbaycan Baş naziri Əli Əsədov bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.

Publika.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.

Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

Mənbə: Publika.az · 25.11.2026, 13:52 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Baş nazir Maka Boçorişvili ilə görüşdü
Publika.az Baş nazir Maka Boçorişvili ilə görüşdü

Qafqazinfo saytında oxu