Baş Prokurorluq və AQTA “Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktorunun həbsi barədə məlumat yayıb
· 2 mənbə
400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub.
Xezerxeber.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi birgə məlumat yayıb. Bildirilib ki, insan həyatı və sağlamlığı üçün təhlükəli toyuq əti məhsullarının satış məqsədilə saxlanması faktı ilə bağlı cinayət işi başlanıb. "Giləzi-Quşçuluq Aqrar-Sənaye Kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin saxlama anbarlarında etiketlərində göstərilən yararlılıq müddəti bitmiş və korlanma əlamətləri müşahidə olunan toyuq əti məhsullarının Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aşkar edilməsi faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Həyata keçirilən tədbirlərlə cəmiyyətə faktiki rəhbərlik edən Mirzəyev Mahir Hökümalı oğlunun, direktor Usubov Elşən Namiq oğlunun və kəsim sexinin müdiri Məmmədov Nazim Bahadur oğlunun qabaqcadan əlbir olaraq, insan həyatı və sağlamlığı üçün təhlükəli, yararlılıq müddəti bitmiş və korlanma əlamətləri olan 400 tondan artıq toyuq əti məhsulunu Xızı rayonunda yerləşən istehsal sahəsində yararlı məhsullarla birlikdə satış məqsədilə saxladıqları, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etdikləri barədə əsaslı şübhələr müəyyən edilib.
Mənbə: Xəzər Xəbər · 25.11.2026, 10:26 · orijinal məqalə