Beşinci mərtəbədən yıxılaraq ölən tələbə vəfatından əvvəl atasına nə deyib? - Video
· 2 mənbə
Yaşadığı binanın 5-ci mərtəbədən yıxılaraq həyatını itirən Həsən Əlilinin faciəli ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Atası Pərviz Əliyevin sözlərinə görə, hadisə günü oğlu ilə görüntülü danışıb.
Həsən ingilis dili fənnindən yüksək bal aldığını deyərək sevincini bölüşüb. Daha sonra bacısı ilə danışdı, ona bir qədər darıxdığını və hava almaq istədiyini bildirərək eyvana çıxıb.
Həmin vaxt güclü külək onun dərs vəsaitlərini uçurub. Həsən kağızları götürmək istəyərkən müvazinətini itirərək beşinci mərtəbədən yıxılıb.
"Belə olmamalı idi. Arzular yarımçıq qaldı. Bir də Həsən kimi oğul olmayacaq. Ömrümün sonuna qədər onunla fəxr edəcəyəm. Mənim oğlum mənim arzularım idi", - deyə atası Baku TV-yə bildirib.
Qeyd edək ki, Həsən Əlili Tovuz şəhər qəbiristanlığında dəfn olunub.
Mənbə: Baku.ws · 27.11.2026, 12:39 · orijinal məqalə