Borcu olduğu şəxsin velosipedini sataraq borcunu qaytaran şəxs həbs edilib
· 3 mənbə
Bakı. Trend:
Nərimanov rayonunda sakinlərdən birinin evinin qarşısında saxladığı velosiped oğurlanıb.
Trend-in məlumatına görə, polisin keçirdiyi tədbirlərlə əməli törədən M.Xəlilzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxsin velosipedini oğurladığı zərərçəkənə borcu olub. M.Xəlilzadə elə həmin şəxsə məxsus velosipedi oğurlayıb sataraq ona olan borcunu qaytarıb.
Məhkəmənin qərarı ilə M.Xəlilzadə inzibati qaydada həbs edilib.
Mənbə: Trend · 28.11.2026, 14:37 · orijinal məqalə