Bu dərmanlar öskürəyə səbəb olur
· 1 mənbə
Qan təzyiqini aşağı salmaq üçün istifadə edilən AÇF inhibitorları uzunmüddətli quru öskürəyə səbəb ola bilər. Bu preparatlara, məsələn, enalapril, lisinopril, perindopril və ramipril daxildir.
Publika.az xəbər verir ki, bu barədə Piroqov Universitetinin Klinik Tibb İnstitutunun Poliklinik Terapiya kafedrasının assistenti Ulyana Maxova Gazeta.ru-ya açıqlamasında bildirib.
“Bunun klassik nümunəsi AÇF inhibitorlarının istifadəsidir. Bu preparatlar bradikinin peptidinin toplanması səbəbindən pasiyentlərin 5–20 faizində quru öskürəyə səbəb olur. Səbəb-nəticə əlaqəsini həkim müəyyən edə bilər. Dərmana qarşı belə bir reaksiya təsdiqlənərsə, preparatı digəri ilə əvəz etmək mümkündür”, – deyə həkim qeyd edib.
Həkimin sözlərinə görə, preparatların blokladığı AÇF fermenti normal halda tənəffüs yollarını qıcıqlandıran maddəni – bradikininı parçalayır. Fermentin fəaliyyəti dayandırıldıqda bradikinin bronxların divarlarında toplanır və öskürək refleksinin yaranma həddini aşağı salır. Nəticədə insanda quru, çox vaxt narahatedici öskürək yaranır, bəzən bu, boğazda qıcıqlanma və qıdıqlanma hissi ilə müşayiət olunur.
Hüsyen İbadlı
Mənbə: Publika.az · 27.11.2026, 05:15 · orijinal məqalə