CEV Çempionlar Liqası: "Turan" komandası D qrupunda ilk oyununa çıxacaq
· 2 mənbə
Qadın voleybolçulardan ibarət "Turan" komandası CEV Çempionlar Liqasının D qrupunda bu gün ilk oyununa çıxacaq.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi İtaliyada "Savino Del Bene" klubunun qonağı olacaq.
Florensiya şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.
Xatırladaq ki, "Turan" D qrupunda Türkiyənin "Eczaçıbaşı" və Serbiyanın "Tent" komandaları ilə də üz-üzə gələcək.
Mənbə: Report · 25.11.2026, 09:38 · orijinal məqalə