Ceyhun Bayramov Estoniya səfirliyinin açılışında iştirak edib

· 2 mənbə

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının Azərbaycandakı səfirliyinin rəsmi açılışı münasibəti ilə keçirilən qəbulda iştirak edib.

Publika.az XİN-ə istinadən xəbər verir ki, nazir Bayramov çıxışında iki ölkə arasında uzun müddətdir davam edən tarixi əlaqələrə toxunaraq, Estoniyanın Bakıda səfirliyinin açılmasının ikitərəfli münasibətlərdə yeni mərhələ adlandırıb.

O, ticarət, investisiya, nəqliyyat, logistika, enerji, təhsil, innovasiya və humanitar mübadilələrdə əməkdaşlığın genişləndirilməsi potensialından bəhs edərək, siyasi dialoqun konkret və qarşılıqlı faydalı nəticələrə çevirilməsinin vacibliyini qeyd edib.

Mənbə: Publika.az · 27.11.2026, 21:26 · orijinal məqalə

Bu barədə kim yazır

Report saytında oxu