Daha o gödəkçəsini geyinmir

· 1 mənbə

“Nvidia”nın baş direktoru Jensen Huanq işə qayıtdıqdan sonra üslubunda gözlənilməz dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “GQ” jurnalı məlumat yayıb.

Jurnalistlər qeyd edirlər ki, vəzifəsinə qayıtdıqdan bəri Huanq ictimaiyyət qarşısında bir dəfə olsun belə, çox sevdiyi ilə tanınan, “Tom Ford” markasına məxsus o məşhur qara dəri gödəkçəsini geyinməyib.

Huanq xarakterik geyim tərzi daha sadə bir üsluba doğru dəyişib. O, indi “Dior” brendinin pambıq parça gödəkçəsini geyinir. Müzakirələrə səbəb olan işdən çıxarılma hadisəsindən sonra ofisə qayıdarkən də o, məhz bu geyimdə idi.

Redaktorlar fransız moda evinə məxsus bu gödəkçənin qiymətinin 3300 dollar olduğunu vurğulayıblar.

Mənbə: Qafqazinfo · 27.11.2026, 18:42 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Daha o gödəkçəsini geyinmir

Qafqazinfo saytında oxu