Deputat: Ümid edək ki, Ermənistanda Konstitusiya dəyişikliklərinin lehinə səs verəcəklər

· 1 mənbə

“Cənubi Qafqazda yeni reallığı yaradan məhz Prezident İlham Əliyevdir”.

APA xəbər verir ki, bunu Mili Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, ABŞ Prezidenti Donald Tramp TRIPP marşrutunun praktiki icrasına başlanması münasibətilə etdiyi təbrik çıxışında Azərbaycan Prezidentinə xüsusi təşəkkürünü bildirib. Azərbaycan Prezidenti bu mətni özünün “X” platformasında paylaşıb: “İlk baxışdan bəlkə də regionun tarixi münasibətlərini və burada baş vermiş münaqişələri nəzərə almasaq, bu, adi bir marşrut kimi qiymətləndirilə bilər. Ancaq TRIPP marşrutunun bu gün açılması, üstəlik, Ermənistanda keçiriləcək yeni Konstitusiya referendumu kontekstində məsələyə yanaşdıqda, daha dərin məqamları görürük. Yəni son 200 ildə Qafqazda formalaşan yeni münasibətlər sistemini yaradan kimdir? TRIPP marşrutunun həqiqi memarı kimdir? Ermənistanı sülhə sövq edən, onu barış mövqeyinə gətirən kimdir? Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmaq məsələsini gündəmə gətirən kimdir? Bu gücün adı nədir? Bu iradənin adı nədir? Mənə elə gəlir ki, biz bu sualların cavabını bilirik. Bu iradənin adı İlham Əliyevdir. Azərbaycanda və bütövlükdə Cənubi Qafqazda yeni reallığı yaradan da məhz odur”.

Deputat qeyd edib ki, Azərbaycan xalqının hər zaman potensial gücü mövcud olub: “Lakin həqiqi liderimiz olmadığına görə bu potensialı reallaşdıra bilməmişdik. 1994-cü ildə Heydər Əliyev tərəfindən əsası qoyulan həqiqi liderlik nəticə etibarilə bugünkü reallığı yaradıb. Ona görə də ümid edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın keçirəcəyi referendumla bağlı öz mövqeyini bildirməsindən sonra bu proseslər müsbət nəticələnəcək. Ümid edək ki, proseslərin sonunda Ermənistanda yaşayan insanlar da referendumda dəyişikliklərin lehinə səs verəcəklər və nəhayət, Azərbaycan Prezidentinin memarlığı ilə regionumuzda sülh bərqərar olacaq”.

Mənbə: APA · 24.11.2026, 11:21 · orijinal məqalə

Bu barədə kim yazır

APA saytında oxu