Dünənki iğtişaşlarda saxlanılan

· 1 mənbə

Noyabrın 26-da Batumidə keçirilmiş UEFA Avropa Liqasının Liqa mərhələsinin “Beşiktaş”-“Hapoel Beer-Şeva” matçı zamanı nominal ev sahiblərinin azarkeşlərinin iştirakı ilə baş verən iğtişaşlar zamanı 3 polis əməkdaşı xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

“Azarkeşlərin zorakı hərəkətləri nəticəsində üç nəfər polis əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb. Hüquq-mühafizə orqanları qanunsuz hərəkətlər edən 16 nəfəri saxlayıb”, - bəyanatda deyilir.

DİN “Beşiktaş” azarkeşlərinin bir hissəsinin hələ stadiona gedən yolda təxribatçı davrandığını, polisə müqavimət göstərdiyini bəyan edib. Məlumata görə, bu cür hərəkətlər stadion ərazisində də davam etdirilib. Azarkeşlər stadionun infrastrukturuna ziyan vurub, polislərə oturacaqlar atmağa başlayıblar. Polis asayişi təmin etmək üçün xüsusi vasitələrdən istifadə etməklə müxtəlif tədbirlər görüb.

DİN “Beşiktaş” azarkeşlərinin Fələstinə dəstək bayraqları və bannerləri açdığına görə polisin güc tətbiq etdiyi barədə məlumatı təkzib edib.

Xatırladaq ki, UEFA Avropa Liqasının 5-ci turunda keçirilən “Beşiktaş”-“Hapoel Beer-Şeva” matçı tribunadakı gərginlik və polisin müdaxiləsi səbəbindən müvəqqəti dayandırılıb. Yalnız hadisə nəzarət altına alındıqdan sonra matç bərpa olunub və “Beşiktaş”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

***

Gürcüstanda baş vermiş iğtişaşlar səbəbindən saxlanılan 16 nəfər “Beşiktaş” azarkeşi sərbəst buraxılıb.

Məlumata görə, saxlanılan şəxslərlərin azad edilməsi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə tədbirlər görülüb. Müvafiq qurumların Gürcüstan hakimiyyəti ilə apardığı diplomatik və hüquqi təmaslar nəticəsində saxlanılan azarkeşlərin sərbəst buraxılması təmin olunub.

Vətəndaşların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilir.

Mənbə: Qafqazinfo · 27.11.2026, 14:30 · orijinal məqalə

Bu barədə kim yazır

Qafqazinfo Dünənki iğtişaşlarda saxlanılan

Qafqazinfo saytında oxu